Paşinyan hakimiyyətdə qalacaq - Teymur Qasımlı

12:28 26.05.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq siyasi analitik Teymur Qasımlı ilə hafta.az üçün budəfəki söhbətimizdə  Ermənistanda Paşınyana qarşı “müqavimət hərəkatı”nın ehtimal olunan sonuclarından, Ermənistan hökumət başçısının KTMT-nin son iclasındakı çıxışından, KTMT daxilində baş verən proseslərdən, Rusiyanın Ukraynaya təcavüzü fonunda Putinin hakimiyyətinin gözlənilən taleyindən və s. bəhs etdik.

- Teymur bəy, Ermənistanda Paşınyana qarşı “müqavimət hərəkatı”nın sonu necə bitəcək, sizcə?

- Hazırda Ermənistan uğrunda dünyanın supergücləri mübarizə aparır. Əsasən də Paris və Vaşınqton Paşinyanı öz yanlarında görmək istəyir. Kreml də bundan bərk narahatdır. Son zamanlar isə Putin rejimi Azərbaycan-Ermənistan yaxınlaşmasından, xüsusən də bunun Qərbin vasitəçiliyi ilə olmasından çox narahat olur. Ona görə də Moskva Ermənistanda özünə bağlı siyasi qüvvələrin əliylə mitinqlər təşkil edir. 

Rusiya hakimiyyəti mitinqləri Paşinyanın tamamilə Qərbə tərəf yönlənməsinin qarşısını almaq üçün onu daim təzyiq altında saxlamaq məqsədi ilə təşkil edir. Kreml bilir ki, Paşinyanı devirə bilməyəcək. Paşinyan isə iqtidarda qalmaq üçün Qərb və Moskva arasında ustalıqla manevrlər edir. 44 günlük savaşda Azərbaycanın qələbəsi nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmadan sonra Ermənistanda kütləvi aksiyalar çox olub, hətta ordunun baş qərargah rəisi belə, üsyan qaldırıb. Sonda həmin aksiyaların hamısı uğursuzluqla nəticələnib və Paşinyan qalib gəlib. Odur ki, hesab edirəm ki,  Paşinyan bu dəfə də baş verən siyasi etiraz aksiyalarının qarşısını alacaq və iqtidarda qalacaq...

- Paşinyanın son Moskva səfəri zamanı KTMT-ni tənqid etməsi nəyə hesablanıb?

- KTMT-Rusiyanın istəyi ilə yaranmış təşkilatdır. Odur ki, bu təşkilatda əsas rol Rusiyanındır. Bununla belə, bu təşkilatın heç bir real gücü və dunya siyasətində rolu yoxdur. NATO-nun bircə qurumu qədər təsir gücü yoxdur.  Son zamanlar isə KTMT aktivlik edir. B fəallıq bu ilin yanvarında Qazaxıstanda baş verən siyasi proseslərdə başladı. Lakin Çinin təzyiqi ilə Kreml Qazaxıstanı tərk etdi…

Son KTMT iclasında çıxış edənlər öz dövlətlərinin problemlərindən danışırdı. Paşinyan da öz çıxışında  həmin qurumu tənqid etdi. Birincisi, son iclasda Rusiya istəyirdi, KTMT-əlaqələndirici şurası öz əlində olsun.  Məsələ ondadır ki, əgər üzv dövlətlərdə hər hansı fövqəladə hadisə baş verərsə, KTMT üzvlərinin müzakirəsi olmadan əlaqələndirici dövlət  həmin ölkəyə ordu göndərə bilər. Digər üzvlər dolayısı ilə buna qarşı çıxdılar,  yəni öz dərdlərini danışaraq manevr elədilər. Qaldı konkret Paşinyanın tənqidinə. O,  bundan öncə də KTMT haqda tənqidi fikirlər bildirib. Bu təşkilatın əsas nüvəsi Rusiyanın əlindədi, nə desə, o da olur. Paşinyanın nə deməsinin heç bir mənası yoxdur…

Azərbaycan dövlətinin rəhbəri ADA Uuniversitetindəki çıxışında bilidirdi ki, Xəzər sahili dövlətlərlərdən Ermənistana hərbi yardımlar daşınırdı. KTMT üzvü olan Qazaxıstan da bunu  edib. Son iclas Rusiyanın buradakı istəklərini qarşını almaq üçün idi.  Rusiya istəyir ki, KTMT üzvləri Ukrayna müharibəsində ona dəstək versinlər. O da hələ ki mümkün deyil…

- Son günlər Qarabağda, o cümlədən Tərtər rayonunun Ağdərə şəhərində separatçı ermənilərin İrəvandakı hərəkata dəstək aksiyaları Moskva tərəfindən yönləndirilir? 

- Qarabağda olan oyuncaq separatçı qurumu və ordakı qeyri-qanuni silahlı dəstələri 1988-ci ildən bu günə qədər Rusiya idarə edib. Hazırda da oradakı prosesləri Kreml idarə edir. Həmin qondarma rejimin rəhbəri qatil və terrorçu Arayik Arutyunyan da Rusiyanın təsiri altındadır. Bu mənada  da hazırda Qarabağda baş verən bütün siyasi proseslərin arxasında Kreml var…

- Rusiyanın Ukraynaya artıq 3 aya yaxındır davam edən təcavüzündə Qərb, ABŞ və NATO ölkələrinin nə dərəcədə suçu var?

- Rusiya-Ukrayna mübaribəsinin əsas günahkarı, təbii ki, başda Putin olmaqla Rusiyadır. Qərbin,  NATO-nun da bu savaşda  öz oyunları  var ki, orada maraqları çərçivəsində işlər aparılsın. Qərb deyəndə bu müharibədə əsas önəmli rolu London-Vaşıqton cütlüyü  oynayır. Amma onu   da demək lazımdır ki, Ukrayna dövlətinin günahı ondan ibarətdir ki, 30 ildir müstəqil olsa da,  öz silahlı qüvvələrini tam düzgün formada qura bilməyib…

Son məlumatlara görə, hazırda Pentaqon Rusiya ordusu rəhbərliyi ilə danışıqlar aparır. Baş qərargah rəislərinin telefon söhbəti olub…

- Putinin məhz onu hakimiyyətə gətirmiş “FSB” sistemi tərəfindən zərərsizləşdirilməsi və ya devrilməsi ehtimalı nə qədərdir?

- Hazırda “FSB” klanı güclənir və  maraqlıdır ki, məhz bu cinah tərəfindən Pütinə qarşı addımlar atılır.  Digər güclü klan olan hərbçilər isə hazırda məğlub cinah sayılır.  Putin isə bu saat həmin iki klan arasında manevrlər edir. Bunu demək istəyirəm ki, Putinin siyasi karyerası bitib. Rusiya liderinin xərçəngdən əziyyət çəkməsi və əməliyyat olunması da böyük ehtimalla dəqiqdir. O ya xəstəlik yolu ilə, yaxud prezidentlik müddəti bitdikdən sonra gedəcək…

Oxunma sayı 136