Ermənistan baş naziri Nikol Paşinyan ilə İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
Hafta.az xəbər verir ki, bu haqda “Armtimes” nəşri məlumat yayıb.
Erməni baş nazir 2019-cu il avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən danışıqların nəticələrini İran İslam Respublikasının Prezidentinə təqdim edərək, Ermənistan və Azərbaycan arasında yaradılmış sülhün region üçün geniş imkanlar açdığını vurğulayıb.
Paşinyan diqqətə çatdırıb ki, regional kommunikasiya kanalları ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində və qarşılıqlılıq əsasında fəaliyyət göstərəcək.
Baş nazir Vaşinqton razılaşmalarını obyektiv qiymətləndirməsinə görə İran prezidentinə təşəkkür edib və İran prezidentinin Ermənistana gözlənilən səfərinin əhəmiyyətini vurğulayıb.
Xatırladılır ki, avqustun 8-də Vaşinqtonda Ağ Evdə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp və Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Birgə Bəyannamə imzalanıb.