Yazını böyüt
Yazını kiçilt
Ermənistan baş naziri Nikol Paşinyan Qarabağda rus sülhməramlılarının getmə ehtimalından danışıb.
“Bakı ilə Xankəndidəki ermənilər arasında dialoq səmərəli nəticə verdikdə, Qarabağda heç bir təhlükə qalmadıqda, Rusiya sülhməramlıları bölgədən çıxarılacaq”. Paşinyan deyib.
“Sülhməramlılar üçtərəfli bəyanata əsasən Rusiya Federasiyasının Federal Məclisinin müvafiq qərarı ilə Qarabağa yerləşdiriliblər. Onların regiondakı mövcudluğunun əsas məqsədi Qarabağdakı erməniləri qorumaqdır. Onlar regiondan çıxarılanda, artıq təhlükə yoxdur deməkdir” – deyə, o bildirib.