Paşinyan ümid edir ki, Zəngəzur… - Azər Hüseynov

11:10 17.07.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Paşinyan anlayır ki, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması yalnız Azərbaycan üçün deyil, Ermənistan üçün də iqtisadi faydalar vəd edir. Bu dəhliz vasitəsilə həyata keçiriləcək yük daşımaları Ermənistanın dünya iqtisadi sisteminə daha yaxından inteqrasiya olunmasına şərait yarada bilər. Üstəlik, həm dünyada, həm də regionda gedən geosiyasi dəyişikliklər Paşinyanı bu istiqamətdə addımlar atmağa vadar edir”.

Bunu hafta.az-a siyasi şərhçi Azər Hüseynov son günlər erməni Baş nazir Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı çıxışları kontekstində artıq Zəngəzur dəhlizinin açılmasına razılıq verdiyi, növbəti ikitərəfli danışıqlara hazır olduğu barədə erməni mətbatının həyacanlı çıxışlarına diqqət çəkərkən deyib.

Ekspert hesab edir ki, burada əsas nəzərə alınmalı amillərdən biri Rusiyadır. Onun fikirncə, Cənubi Qafqaz ölkələri arasında son illərdəki gərgin münasibətlərə və keçmiş savaş təcrübələrinə baxmayaraq, görünür ki, həm Ermənistan, həm də Azərbaycan Rusiyanın regionda zəiflədilməsi istiqamətində müəyyən ortaq maraqlara sahibdirlər:

“Paşinyanın düşüncəsinə görə, Ermənistanın Azərbaycanla uzunmüddətli müharibə şəraitində saxlanmasının əsas səbəbkarlarından biri məhz Rusiya və onun dəstəklədiyi "rus klanı"dır. Buna görə də o, ölkə daxilində bu klana qarşı siyasi mübarizə aparır.

Paşinyan eyni zamanda Qərb dəyərlərinə əsaslanan siyasi qüvvələrin nümayəndəsi kimi çıxış edir və hazırkı beynəlxalq şərtlərin də bu yanaşmaya uyğun olduğunu düşünür. O, məhz bu səbəbdən Zəngəzur dəhlizinin açılmasına razılıq verməyə meyillidir”.

A.Hüseynov qeyd edib ki, bu prosesdə Paşinyanı konkret olaraq buna hansı ölkənin vadar etdiyindən çox, dəyişən regional və qlobal şərtlər mühüm rol oynayır:

“Paşinyan ümid edir ki, bu istiqamətdə atılacaq addımlar həm ölkəsində Rusiya təsirinin zəifləməsinə, həm də Ermənistanın Qərblə inteqrasiyasının daha da dərinləşməsinə imkan yaradacaq”.