Paşinyana qarşı hərbi çevriliş cəhdi gözlənilir?

16:44 14.04.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Paşinyanın iki gündən bir harasa meyillənməsi şəraitində belə informasiyaları çox eşidəcəyik. Amma əslində Paşinyan hökuməti hamını qane edir. O da məcburdur o tərəf-bu tərəfə qaçmağa ki, öz hakimiyyət ömrünü mümkün qədər uzatsın”.

Bu fikirləri Hafta.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Son vaxtlar yayılan informasiyalara əsaslansaq, Ermənistanın hazırkı baş naziri Nikol Paşinyana qarşı doğrudanmı hərbi çevriliş cəhdi gözlənilir?” sualını cavablandırarkən ifadə edib.

“Amma son təhlillər göstərir ki, Ermənistan bir dövlət olaraq artıq çoxdan öz subyektiv funksiyasını itirib. Çünki hərbi-siyasi elitanın bir hissəsi İranla hərbi sazişdən danışır, o biri deyir ki, yox, yenidən Rusiya ilə ittifaqı möhkəmlədək, digəri Makronun daha etibarlı olmasından dəm vurur, başqa birisi Amerikadan Nensi Pelosini gətirir. Nə bilim, NATO-nun pensiyaya çıxmış keçmiş baş katibi Rasmussenə pul verib gətirirlər Laçınla sərhədə... Hiss olunur ki,  ermənilər daha çox təbliğata üstünlük verirlər və həmin təbliğatın ünvanı ilk növbədə erməni əhalidir. Əhali də çaş-baş qalır ki, kimə inansın... Bir sözlə Ermənistanın hərbi və siyasi dairələri, elitası panikadadır. Və bu baxımdan Paşinyanı dəyişməyə də hələ lüzum görmürlər” -deyə sabiq baş diplomat vurğulayıb.

Siyasət rubrikasından digər xəbərlər