Paşinyanın başqa yolu yoxdur - Ekspert

13:53 31.08.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Paşinyanın başqa yolu yoxdur. İmza atdığı sənədin bütün şərtlərinə əməl etməlidir və edəcək. Dəhlizin işləməsi Ermənistanın da iqtisadi marağındadır və inanırıq ki, o, tezliklə açılacaq.

Bu fikirləri hafta.az-a politoloq Tahir Cəfərli deyib. Onun sözlərinə görə, Paşinyanın Qarabağ və Zəngəzur məsələlərini həll etmək istəyi, lakin müxalifətin buna imkan verməməsi ilə bağlı sualın cavabında deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfdən Gorus-Qafan yolunun bağlanması ilk növbədə Ermənistan tərəfindən Üçtərəfli sazişin bütün müdəalarına əməl edilməsi tələbi ilə bağlı idi. Azərbaycan tərəfi onu göstərdi ki, öz ərazisinə sahibdir və oraya ayaq basanlar Azərbaycandan icazə almalıdırlar. Bir də Gorus- Qafan yolunun bağlanılması Azərbaycanın Rusiya rəhbərliyinə xəbərdarlığı idi ki, sülhməramlılar bəzi hallarda öz vəzifələrini yerinə yetirmirlər.