Paşinyanın oğlu kafedə təzyiqə məruz qaldı... - VİDEO

15:31 11.02.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Sosial şəbəkələrin erməni seqmentində Akop Berberyan adlı istifadəçi dostları ilə kafedə söhbət edən  baş nazir  N.Paşinyanın oğlu Aşot Paşinyana yaxınlaşaraq ona tərəf qışqırdığı videonu yayımlayıb.

Hafta.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.

“Artsaxı təslim etdin, amma bundan həzz almayacaqsan”,-  A.Berberyan Ermənistan hökumət başçısının oğluna belə deyib.

Buna cavab olaraq Aşot Paşinyan ayağa qalxaraq çəkiliş kamerasını söndürməyə çağırıb.

Xatırladılır ki, fevralın 1-də Paşinyanın arvadı Anna Akopyanın doğum günündə daha bir belə hadisə baş verib. Paşinyan ailəsi görən Akop Berberyan bir neçə dəfə “Artsax!” qışqırıb.