Yazını böyüt
Yazını kiçilt
Sosial şəbəkələrdə narkotik istifadə edərkən görüntüləri yayılmış bloqer həbs edilib.
Məlumata görə, Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində sosial şəbəkələrdə “jam_guliyev” kimi tanınan Cəmil Quliyev saxlanılıb. Onun üzərinə baxış keçirilərkən şəxsi istifadə miqdarında metamfetamin (patı) aşkarlanıb.
Faktla bağlı tərtib edilən protokol Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmə Cəmil Quliyev barəsində iki ay müddətində inzibati həbs qərarı verilib.