Payızda Qazaxıstan əhalisi növbəti dəfə sayılacaq

16:02 07.06.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanda əhalinin növbəti dəfə sayılması prosesinə başlanılacaq.

Hafta.az-ın yazdığına görə, Qazaxıstan dövlət başçısının 29 yanvar 2021-ci il tarixində Prezidenti yanında İslahatlar üzrə Ali Şurasında verdiyi tapşırığa və “2021-ci ildə Qazaxıstan Respublikasının əhalisinin siyahıyaalınmasının keçirilməsi haqqında” Qazaxıstan Respublikasının 19 iyun 2019-cu il tarixli №419 Qərarına əsasən, ölkə əhalisinin siyahıyaalınmasının keçirilməsi planlaşdırılır. Proses iki şəkildə aparılacaq:

1) 2021-ci ilin 1 sentyabrından 15 oktyabrınadək onlayn rejimində internet-resurslar vasitəsilə;

2) 2021-ci ilin oktyabrın 1-dən 30-dək planşetlərin tətbiqi vasitəsilə.

Bununla əlaqədar, ölkə hüdudlarından kənarda yaşayan Qazaxıstan vətəndaşlarına «www.sanaq.gov.kz» (keçid vasitəsilə) və ya “Aitu” mobil tətbiqindən sosial şəbəkələr vasitəsilə siyahıyaalınma vərəqlərindəki sorğudan keçməsi təklif olunacaq.