Rusiyalı iqlimşünas Aleksey Kokorin proqnozlaşdırıb ki, qlobal orta illik temperatur 19-cu əsrin sonu ilə müqayisədə beş dərəcə artarsa, Rusiyanın paytaxtı Sibirə köçürülə bilər.
Hafta.az-ın yazdığına görə, Paris İqlim Sazişinin elementlərindən olan ABŞ və Avropa Birliyi ölkələrinin 2050-ci ilə qədər, Rusiya və Çinin 2060-cı, Hindistanın isə 2070-ci ilə qədər karbon neytrallığına çatmağı planlaşdırdıqlarına diqqət çəkən Kokorin deyib ki, bu, paytaxtın köçürülməsi 2050-60-cı illərdə baş verə bilər bilər.
Kokorin eyni zamanda Yer kürəsində temperaturun sənayedən əvvəlki dövrə, yəni 19-cu əsrin sonuna nisbətən 2-2,5 dərəcə artacağına diqqət çəkib. “Bu şəraitdə yaşamaq olar, amma uyğunlaşmaq lazımdır”, - deyə o əlavə edib.
Ən pis ssenaridə dünyada temperaturun 4,5-5 dərəcə arta biləcəyini ifadə edən Kokorin, 10 illik müddətdə səkkiz-doqquz ilin anormal dərəcədə isti olacağını proqnozlaşdırıb.
“Bu, fərqli həyatdır, yəni yayda Moskva kimi bir metropolda yaşamaq yəqin ki, mümkün olmayacaq. “Əgər bu, həqiqətən də bu qədər pis olarsa, paytaxtımızın Krasnoyarsk və ya Novosibirsk olması ehtimalı istisna edilməməlidir” deyən Kokorin belə bir ssenarinin mümkün olduğunu, lakin baş vermə ehtimalının olmadığını vurğulayıb.
Paris İqlim Sazişi 2015-ci il dekabrın 12-də Fransanın paytaxtında keçirilən BMT-nin İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının 21-ci Konfransından sonra qəbul edilib və sənəd ABŞ, Çin və Rusiya da daxil olmaqla 175 ölkə tərəfindən imzalanıb.
Parisdə hazırlanmış iqlim sazişi tarixdə ilk dəfə olaraq bütün dünya dövlətlərinin iqlim dəyişikliyini cilovlamaq səylərini birləşdirdi.