Paytaxt sakinlərinə xəbərdarlıq-  Sabah küçəyə çıxmayın!

11:10 17.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabah, aprelin 18-də Bakıda hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq mütəxəssislərin tövsiyələri əsasında seçilən, şəhər əhəmiyyətli 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə hafta.az-a paytaxtın kommunal strukturlarından məlumat verilib.

Bununla əlaqədar sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.