Paytaxta psixotrop maddə gətirmək istədi, Cəlilabadda saxlanıldı

10:32 10.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitə və psixotrop maddələrin dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə 40 yaşlı Mahir Atəşrus saxlanılıb.

Hafta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatında bildirilib.

Məlumata görə, ondan ümumilikdə 18 kiloqramdan artıq marixuana və metamfetamin aşkarlanıb.

M.Atəşrusun şəxsiyyəti araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyi və maddi qazanc qarşılığında həmin narkotik vasitələri Bakı şəhəri ərazisində deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.