Paytaxtda kirayə mənzillərin qiyməti qalxıb: 1 otağın kirayəsi 621 dollar 

09:44 25.01.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Son bir ildə Moskvada bir və iki otaqlı mənzillərin kirayə qiymətində 27-28 faiz artım qeydə alıınıb.
Hafta.az-ın əmlak agenti "TsİAN"ın araşdırmasına istinadən verdiyi xəbərə əsasən, şəhərdə bir otaqlı mənzil kirayələmək istəyənlər artıq ayda 48 min rubl və ya 621 dollar ödəmələdiirlər. 
Ekspertlərə görə, qış aylarında mənzil kirayələrinin bahalaşmasının bir səbəbi də tələbin artmasıdır. Daha sadə dillə desək, insanlar sərt soyuqda donmamaq üçün daha münasib şəraitli mənzillər kirayələməyə məcburdurlar. Bundan əlavə, pandemiya yasaqları aradan qalxdıqca bağlanmış iş yerləri və hətta yeniləri fəaliyyətə başlayır ki, bu da şəhərə axını artırıb. 
"TsiAN"ın nümayəndəsi Aleksey Popov deyib ki, son 5 ildə Moskvada böyük həcmdə mənzil tikilib. Amma yeni mənzillər daha şəraitli və müasir üslubda olduğundan, qiyməti də çox yüksəkdir. Bu da ümumilikdə mənzil bazarına təsir göstərib.