Paytaxtda “qəza - piyada hadisə yerində ölüb

13:14 30.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, Nərimanov rayonunun K.Rəhimov küçəsində yolu keçən paytaxt sakini Fəridə Ələkbərovanı Bakı şəhər sakini A.Əliyev idarə etdiyi “VAZ-2103” markalı avtomobillə vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.