Paytaxtdan Naxçıvana uçan təyyarə təcili eniş etdi

09:21 04.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Saat 07:22-də Bakıdan Naxçıvana uçuş edən "Azərbaycan Hava Yolları"na məxsus Airbus A319 təyyarəsinin kapitanı Bakı hava limanına qayıdaraq eniş etməyi xahiş edib.

AZAL-dan hafta.az-a verilən məlumata görə, təyyarənin plandankənar enməsinə texniki nasazlıq (kondisioner sistemində problem) səbəb olub.

Bakı vaxtı ilə saat 08:01-də təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib.

Hava gəmisinin göyərtəsində 122 sərnişin olub. Onlar Naxçıvan şəhərinə digər təyyarə ilə göndəriləcəkdir.