Pələng kəndlini parçaladı

18:01 05.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanda pələng 22 yaşlı gəncə hücum edərək onu öldürüb. Bu barədə “The Times of India” məlumat yayıb.

Yırtıcının qurbanı Madhya Pradeş ştatının Kumbhai kəndinin sakini olub. Mərhumun qalıqları səhər saatlarında qəsəbənin digər sakinləri tərəfindən aşkar edilib. Pələng gecə saatlarında evdən çıxarkən gənc oğlana hücum edib. Yırtıcı qurbanın bədəninin yuxarı hissəsini demək olar ki, tamamilə yeyib.

Kumbhai kəndi Bandhavgarh pələng qoruğuna yaxındır. Yırtıcı çox güman ki, qəsəbəyə oradan gəlib.

Polis nümayəndələrinin sözlərinə görə, son vaxtlar qoruq ərazisində insidentlər daha tez-tez baş verir və bu zaman “həm pələnglər, həm də ətraf kəndlərin sakinləri ölür”. Hüquq-mühafizə orqanlarının nümayəndələri hesab edir ki, bu, qoruq əməkdaşlarının səriştəsizliyi ilə bağlıdır. "Bu insident göstərir ki, toqquşmaların sayı artmaqdadır və ehtiyatların düzgün idarə olunmasının lazım olduğunu xatırladır", - rəsmilər bildirib.