Pənah Hüseyn məni şərləmək üçün o qıza böhtan atdı - Nemət Pənahlı

15:16 21.09.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Pənahla bizim davamız meydandan başlayıb - 1988-ci ildə Azadlıq Meydanından. Mən faktlara əsasən deyirəm. Məsələn, sovet dövləti plan hazırlayır ki, meydanı necə mənim əlimdən alsın. Sadəcə o dövrdə nüfuzum elə bir pik nöqtəsində idi ki, deyəndə ki “Nemətin qalustuku əyridir”, millət onu param-parça edərdi.

Bu fikirləri hafta.az-a Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı deyib.

Onun sözlərinə görə, bütün bu şəbəkə orda gizli fəaliyyət göstəriblər:

"Sonra da tədricən məni nüfuzdan salandan sonra açıq fəaliyyətə keçiblər. Həmin Meydan dağılanda, bir qız özünü atdı üstümə ki, mən sənin bir yerdə ölmək istəyirəm. Mən yataqxanada yorğun yatanda həmin qız müxtəlif bəhanə ilə mənim yanımda qalıb.

Rus KQB -si araşdırdı və bunu mənim əleyhimə istifadə etmədi. Amma Pənah Nemət Pənahlını şərləmək üçün, bu Azərbaycan qızını şərlədi. Allah şahidimdir ki, nə o qızla bir saat öncə tanış olmamışam, nə o prosesdə o qızın əlini tutmamışam. Pənah gör nə deyir, guya o qızı mənim yanıma KQB salmışdı. Pənah Hüseyn bunu deyəndən sonra gözlədim ki, cəmiyyət bunu daşqalaq edəcək. Amma gördüm ki, ondan sonra Pənahı 4 kanala çıxardılar".

Oxunma sayı 712
Siyasət rubrikasından digər xəbərlər