Pensiya ödənişlərinə yönəldilmiş vəsaitin həcmi açıqlanıb

10:40 10.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cari ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (521 mln. manat) çox olmaqla 4 mlrd. 318 mln. manat vəsait yönəldilib.

Bu barədə hafta.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin dövrdə ölkə üzrə pensiyaların orta aylıq məbləği 13 faiz artaraq 491 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 525 manata çatıb.

Bu ilin 8 ayında 27 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 129 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.