Pensiyaçıların sayı açıqlandı

10:10 06.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2022-ci ilin aprel ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 127,3 min nəfərdən çox olub.

 

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) hafta.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, onlardan 99,3 min nəfərdən çoxu yaşa, 13,8 min nəfərdən çoxu əlilliyə, 14,1 min nəfərdən çoxu isə ailə başçısını itirməyə görə əmək pensiyası alıb.