Peşə təhsili üzrə “Dərs vaxtı” cədvəli

22:08 05.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “Dərs vaxtı” proqramı fevralın 5-nə olan cədvələ uyğun yayımlanıb.

Agentlikdən hafta.az-a bildirilib ki, proqramda bərbər-vizajist-manikürçü, turizm təşkilatçısı, quru inşaat ustası, aşpaz, xarici dildə ünsiyyət, hesablama əməliyyatları, aqroservis mütəxəssisi ixtisasları üzrə dərslər təqdim olunub.

Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından izləyə bilərlər.