Peyvənd olunanların sayı açıqlanıb

17:20 03.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 69718 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31055, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38663 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 740 447, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 321 863 ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 418 584 təşkil edir.