Peyvənd olunanların sayı açıqlanıb

17:47 06.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 4 242 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 445, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 391, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 062, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 344 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 663 010, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 341 313, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 841 526, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 239 094, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 241 077 nəfər təşkil edir.