Pfizer/Biontech preparatının istifadə müddəti uzadılıb - Nazirlik

15:12 22.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumdünya Səhiyyə Təşkilatı Avropa Dərman Agentliyi və ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq, COVID-19 əleyhinə vaksinasiyada Pfizer/Biontech preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı aidiyyatlı qurumlara məktub göndərib.

Bu barədə hafta.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məktuba əsasən Pfizer/Biontech preparatının istifadə müddəti 6 aydan 9 aya qədər uzadılıb: "Bununla əlaqədar olaraq hazırda ölkəmizdə istifadə olunan Pfizer/Biontech vaksininin istifadə müddəti 31 dekabr 2021-ci il tarixinədəkdir", - məlumatda qeyd edilir.