Yekaterinburqdan Sankt-Peterburqa gedən qatarda səhlənkarlıq zənciri pişiyin ölümünə səbəb olanda ictimaiyyətdə böyük reaksiya yaranıb və Rusiya Dəmir Yolları şirkəti qayda dəyişikliyi edilməsi barədə açıqlama verərək vəziyyəti sakitləşdirməyə çalışıb.
Hafta.az-ın Rusiya KİV-lərinə istinadən yazdığına görə, hadisə yanvarın 11-nə keçən gecə baş verib. Yekaterinburqda baytarda əməliyyat olunan Tviks adlı pişik həmin gecə öz qəfəsindəcə sahibi ilə birlikdə Sankt-Peterburqa qayıdırdı. Sahibi qadın yəqin ki, yatarkən pişik qəfəsdən çıxaraq dəhlizə qaçıb. Bu arada vaqonları yoxlayan konduktor pişiyin sahibsiz olduğu və əvvəlki stansiyadakı platformadan vaqona daxil olduğu qənaətinə gəlib. Konduktor pişiyi növbəti stansiyada, mənfi 30 dərəcə şaxtalı havada çölə atıb. Yuxudan oyanaraq pişiyini axtaran sahibin cəhdləri heç bir nəticə verməyib.
Hadisədən xəbərdar olan pişiyin sahibinin polisə şikayətləri nəticəsiz qalarkən, sosial mediada verdiyi açıqlamadan sonra təxminən 5 min könüllü stansiya ətrafında pişiyi axtarmağa başlayıb. Onu tapan şəxsə 30 min rubl mükafat vəd edilib.
Bir gün davam edən axtarışlardan sonra dünən “Tviks” adlı pişik ehtimal ki, sahibsiz itlərin hücumu nəticəsində aldığı ciddi xəsarətdən ölü tapılıb.
Artan reaksiyalardan sonra Rusiya Dəmir Yolları rəsmi açıqlama verərək pişiyin ölümündən kədərləndiyini bildirib. Şirkət hadisəyə səbəb kimi "işçilərin və sərnişinlərin qarşılıqlı məsuliyyətinin olmaması, bəzi qaydalardakı çatışmazlıqları" göstərib. Bəyanatda "Uşaq qatarlarında ev heyvanlarının daşınması ilə bağlı qanunvericilikdə dəyişiklik edilir. Konduktorlara heyvanları qatardan endirmək yasaqlansın. Belə hallarda tapılan heyvan dayanacaqlarda işçilərə təhvil verilməlidir. Və bundan sonra heyvanları mühafizə təşkilatlarının nümayəndələrinin çağırılması üçün lazımi tədbirlər görüləcək" deyilir.
Pişiyin sahibləri konduktora qarşı cinayət işi qaldıracaq.