Polis 52 nəfəri saxladı

10:10 13.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Martın 12-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 89, o cümlədən borclu şəxs qismində axtarışda olan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.