Polis 85 nəfəri saxladı

12:24 02.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 1-də ölkə ərazisində qeydə alınan 80, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

 

DİN-in Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 85, o cümlədən borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

 

Narkotiklərlə əlaqəli 57, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 22 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 85 nəfər saxlanılıb.