Polis 95 nəfəri saxladı 

11:06 15.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Martın 14-də ölkə ərazisində qeydə alınan 80, əvvəlki dövrlərdən bağlı qalan 30 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

DİN-in Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 219, o cümlədən borclu şəxs qismində axtarışda olan 179 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

 

Narkotiklərlə əlaqəli 54, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 22 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 95 nəfər saxlanılıb.