Polis Binəqədidə 2 “Kalaşnikov” avtomatı aşkar edib

11:27 06.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Hafta.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində rayon ərazisində 2 avtomat silahı və 33 patron tapılaraq götürülüb.

Araşdırmalar aparılır.