Polis xroniki xəstəliyi olan şəxsi xəstəxanaya çatdırdı

14:00 06.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Binəqədi rayonunda xroniki xəstəliyi olan şəxs polisin köməyi ilə xəstəxanaya çatdırılıb.

Hafta.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib. Qəsəbə sakini, xroniki xəstəliyi olan qadının səhhətində qəfil problem yaranıb. Qadının həyat yoldaşını ərazidə xidmət aparan Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarına müraciət edərək, onlardan kömək istəyib.

Çağırışa dərhal və təxirəsalınmaz müdaxilə edən polis əməkdaşları xəstəni şəxsi avtomobillə xəstəxanaya çatdırıb.

Oxunma sayı 249