Yazını böyüt
Yazını kiçilt
Polşanın ölkəmizdəki Konsulluq və Polonia Departamenti vizaların yeni rüsumu ilə bağlı məlumat paylaşıb.
Hafta.az-ın yazdığına görə, iyunun 1-dən etibarən D tipli Milli vizaların qəbulu və qeydiyyatı üçün nəzərdə tutulmuş dövlət rüsumunun dəyişilməsi ilə əlaqədar, bu tipdən olan Milli vizaların qəbulu və baxılması, həmçinin onların yenidən baxılması və verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumu 135 avro təşkil edəcək.
Departament diqqətə çatdırır ki, C tipli Şengen vizaların verilməsi məqsədilə müraciətlərin baxılması, eyni zamanda müraciətin yenidən baxılma prosedurun qəbulu və baxılması üçün dövlət rüsumununda dəyişikliklər yoxdur.