Polşa Rusiya neftinin qiymətinin 30 dollardan yuxarı olmamasında israrlıdır

17:39 24.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

“Politico” diplomatik dairələrdəki dörd mənbəyə istinadən yazır ki, əksər Avropa İttifaqı ölkələri Avropa Komissiyasının Rusiya neftinin qiymətinin bir barel üçün 65-70 dollar olması ilə bağlı yuxarı həddi ilə razılaşır, lakin Polşa limitin 30 dollar səviyyəsində müəyyən edilməsini zəruri hesab edir.

Qəzet qeyd edir ki, Varşava vurğulayır ki, qiymət tavanı "bir barel üçün 20 dollara yaxın" olmalıdır ki, bu da onu Rusiyada neft hasilatının maya dəyəri ilə bərabərləşdirəcək və beləliklə, Kremlin hərbi xəzinəsinə daha çox ziyan vuracaq.

Bundan əlavə, ölkələr Rusiya qazının qiymət tavanı ilə bağlı fikirlərində fərqlənir, deyə Politico yazır. Belçika, Polşa, Yunanıstan və İtaliya məhdudiyyətləri dəstəkləyir, Almaniya, Avstriya, Danimarka və Hollandiyanın daxil olduğu blok isə tədarük zəncirlərini poza biləcəyindən qorxur.

Oxunma sayı 1808