Polşa tezliklə Ukraynaya MiQ-29 qırıcılarını verə bilər

16:51 14.03.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Polşanın baş naziri Mateuş Moravetski bildirib ki, respublika yaxın vaxtlarda Ukraynaya MiQ-29 qırıcılarını göndərə bilər. Bu barədə RİA Novosti məlumat yayıb.

Polşa hökumətinin başçısı bu döyüş təyyarələrinin Kiyevə təhvil verilməsi ilə bağlı suala cavabında deyib: "Bu, yaxın 4-6 həftə ərzində baş verə bilər".

Bundan əvvəl Slovakiyanın müdafiə naziri Yaroslav Nagy bildirmişdi ki, Slovakiya ölkədə mövcud olan 11 Sovet istehsalı olan MiQ-29 qırıcılarından onunu Ukraynaya verə bilər.