Polşanın müdafiə naziri Kiyevə gedib

23:17 12.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polşanın milli müdafiə naziri Mariuş Blaşçak bu gün Kiyevə səfər edib.

Hafta.az xəbər verir ki, o, burada Ukrayna Prezidenti Volodimir Zelenski  ilə görüşüb.

Görüş zamanı Zelenski əmin olduğunu bildirib ki, gələcəkdə də sülh dövründə Ukrayna ilə Polşa arasında münasibətlər inkişaf edəcək və ölkələr daha da yaxınlaşacaq.

"Dövlət başçısı həmçinin iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın möhkəmlənəcəyinə əmindir",- deyə məlumatda qeyd edilir.