Premyer Liqada 2 oyun oynanılacaq

10:10 29.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Neftçi" bu gün Misli Premyer Liqasında "Araz-Naxçıvan"la üz-üzə gələcək.

Hafta.az xəbər verir ki,  XXVIII turun oyunu saat 16:45-də start götürəcək.

"Neftçi Arena"dakı qarşılaşmanı İnqilab Məmmədov idarə edəcək. "Ağ-qaralar" 27 turdan sonra 31 xalla altıncı, qonaqlar 47 xalla üçüncü pillədə qərarlaşıb.

Günün ikinci matçında "Sumqayıt" "Sabah"ı qəbul edəcək. Saat 19:00-da başlayacaq görüşün baş hakimi Tural Qurbanov olacaq. "Gənclik şəhəri" təmsilçisi 28 xalla yeddinci, Bakı klubu 35 xalla beşinci sıradadır.