Prezident: Münasibətlərin normallaşdırılması prosesində qərəzsiz yanaşmanın nümayiş etdirilməsi vacibdir

22:53 12.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində bitərəf, qərəzsiz və tarazlaşdırılmış yanaşmanın nümayiş etdirilməsi vacibdir.

Hafta.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Respublikasının Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı söyləyib.

Dövlətimizin başçısı Ermənistan tərəfindən son günlərdə səsləndirilən bəyanatların iki ölkə arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə ziddiyyət təşkil etdiyini də diqqətə çatdırıb.

Siyasət rubrikasından digər xəbərlər