Yazını böyüt
Yazını kiçilt
Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monqolustanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Munxbayar Qombosurenin etimadnaməsini qəbul edib.
Hafta.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı, həmçinin Cənubi Afrika Respublikasının yeni səfiri xanım Dipuo Berta Letsatsi-Dubanın, Çad Respublikasının fövqəladə və səlahiyyətli səfiri Adum Danqay Nokur Qetin, Yeni Zelandiyanın ölkəmizdə yeni təyin olunan səfiri xanım Zoe Daun Kolson-Sinklerin etimadnamələrini qəbul edib.