Prezident İlham Əliyev İspaniyanın Kralına təbrik məktubu ünvanlayıb

12:26 12.10.2024
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əlyev İspaniyanın Kralı VI Felipeyə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Əlahəzrət,

İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İspaniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".