Prezident İlham Əliyev növbəti qızıl medallar qazanan idmançılarımızı təbrik edib

18:28 29.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalları qazandıran idmançılarımızı təbrik edib.

Hafta.az xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı tvitterdəki hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Növbəti qızıl medal sevincini bizə bəxş etdikləri üçün Dürsədəf Kərimovaya, rekordçularımız Həmid Heydəri və Elvin Astanova təşəkkür edir, onları qələbələri münasibətilə ürəkdən təbrik edirəm!”.