Prezident İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul etdi - YENİLƏNİB

12:21 19.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev aprelin 19-da Kubanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyonun etimadnaməsini qəbul edib.

Hafta.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

 

***

Prezident İlham Əliyev, həmçinin Misirin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmidin etimadnaməsini qəbul edib.

***

Prezident İlham Əliyev, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşinin etimadnaməsini qəbul edib.

Siyasət rubrikasından digər xəbərlər