Yazını böyüt
Yazını kiçilt
Qırğızıstan prezidenti Sadır Japarov doğum günündə məmurlara ona hədiyyə verməyi qadağan edib.
Hafta.az yerli “24KG” kanalına istinadla xəbər verir ki, bu haqda ölkənin Nazirlər Kabinetinin sədr müavini Edil Baysalov danışıb.
Baysalov xatırladıb ki, dekabrın 6-sı dövlət başçısının yubileyidir, onun 55 yaşı tamam olur. O, Japarovu “müstəsna təvazökar insan” adlandırıb və əlavə edib ki, Prezident məmurlara ona hədiyyə verməyi qadağan edib.
Baysalovun sözlərinə görə, 3 il əvvəl, 2020-ci ilin oktyabrında Sadır Japarovun hakimiyyətə gəlişi haqda söhbət birmənalı qarşılanmırdı. “Bir çox siyasi dairələr və beynəlxalq təşkilatlar onun prezident olacağını gözləmirdilər. Ancaq sadə xalq onu dəstəklədi”,- deyə hökumət nümayəndəsi bildirib.