Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Məhəmməd Süleyman Əl-Casirin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Sərəncam imzalayıb.
Hafta.az xəbər verir ki, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə İslam İnkişaf Bankı arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə Məhəmməd Süleyman Əl-Casir “Dostluq” ordeni ilə təltif edilsin".