Köç karvanı Şükürbəyli kəndinə çatıb - YENİLƏNİB

15:37 17.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 17-də doğma yurduna yola salınan köç karvanı Şükürbəyli kəndinə çatıb. Bu mərhələdə Şükürbəyli kəndinə 196 nəfərdən ibarət 45 ailəyə mənzillərin açarları təqdim edilib.

Hafta.az xəbər verir ki, mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Köç karvanı Şükürbəyli kəndinə çatıb - FOTOLAR (YENİLƏNİB)Köç karvanı Şükürbəyli kəndinə çatıb - FOTOLAR (YENİLƏNİB)Köç karvanı Şükürbəyli kəndinə çatıb - FOTOLAR (YENİLƏNİB)Köç karvanı Şükürbəyli kəndinə çatıb - FOTOLAR (YENİLƏNİB)Köç karvanı Şükürbəyli kəndinə çatıb - FOTOLAR (YENİLƏNİB)Köç karvanı Şükürbəyli kəndinə çatıb - FOTOLAR (YENİLƏNİB)Köç karvanı Şükürbəyli kəndinə çatıb - FOTOLAR (YENİLƏNİB)Köç karvanı Şükürbəyli kəndinə çatıb - FOTOLAR (YENİLƏNİB)Köç karvanı Şükürbəyli kəndinə çatıb - FOTOLAR (YENİLƏNİB)Köç karvanı Şükürbəyli kəndinə çatıb - FOTOLAR (YENİLƏNİB)

10:34

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Hafta.az-a bildirilib ki, bu mərhələdə Şükürbəyli kəndinə 45 ailə - 196 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.