Ölkədə işsiz statusu alan vətəndaşlara 190 manat yardım edilir. Belə ki, ödəniş edilərkən işsiz şəxslərin telefon nömrələrinə bu barədə SMS göndərilir. Mesajda “Azərpoçt” MMC qeyd edildikdə şəxs istənilən poçt şöbəsinə, bank göstərildikdə isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edir. Bu günə qədər 300 minə yaxın vətəndaşa bu yardım edilib.
Hafta.az olaraq “Azərpoçt” MMC-nin filallarından birində olduq. Poçtun qarşısında insan izdihamı var. Buna baxmayaraq tez-tez vətəndaşlar işlərini həll edə bilirlər. Poçtun girişində isə polislər dayanıb. Onlar növbəlilik prinsipini qoruyurlar. Karantin olmasına baxmayaraq poçt işçiləri demək olar ki, hamısı yerindədir. Sürətli iş aparırlar.

Filalın rəisi Fəxrəndə Qəhrəmanava dedi ki, mütəmadi vətəndaşlar yaxınlaşır, biz də onlara yardım göstəririk.
- Bir gün ərzində nə qədər vətəndaş sizin filala yaxınlaşır?
- Gün ərizndə 200-300 vətəndaş müraciət edir. Müraciət edənlər telefonlarına mesaj gəldiklərini bildirirlər. Şəxsiyyət vəsiqəsini təqdim edirlər. Və biz baxırıq, ona uyğun şəkildə yardım göstəririk. Heç bir problemimiz hələ ki, olmayıb. Heç bir çətinliklə yoxdur. Daxili İşlər Nazirliyinin əməkdaşları bizə kömək olur. Gördüyünüz kimi girişdə onlar vətəndaşların qarşısındadırlar. Əks halda növbəlilik prinsipi pozulardı.
- Bəzi vətəndaşlar deyir ki, onlara mesaj gəlib, ancaq poçt filalına yaxınlaşdıqda onun adına pulun köçürülmədiyi deyilir. Sizdə də belə hallar olur?
- Ola bilər belə hal olsun. Mesaj gəlibsə deməli, o işlənməlidir. Ola bilir ki, bir gündən, elə də ola bilər ki bir neçə gündən sonra yaxınlaşıb ala bilər.

İstədik vətəndaşların da fikirlərini öyrənək.
Poçtdan məmnunluqla çıxan Gülcamal xanım deyir ki, dünən mesaj gəlib, bu gün də poçta müraciət edib:
“Axşam mesaj gəldi. Çox sevindik. Ailədə üç nəfərik. Karantin elan olunduqdan sonra işləmirik. Çox sağ olsun Preidentimiz bizləri nəzərə alır. Bu yardımı yüksək qiymətləndirirəm. Mənim kimi bir çox insanlar bu yardımı ala bilir”.

Xaliq Rəhimov adlı vətəndaş da 190 manat alanlar arasındadır. O da sevinicini bizimlə bölüşdü:
“Çox sağ olsun dövlət başçısı. Təkcə bu il olmayıb. Nə zaman belə çətinlik olur Prezidentimiz xalqın yanında olur. Karantin müddəti olmasına baxmayaraq görün nə qədər insan bu yardımı alır. Biz də hər zaman prezidentimizin yanındayıq”.
