Prezidentin ali xüsusi rütbə verdiyi şəxs kimdir? - DOSYE

16:21 12.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Vergi Xidmətinin rəisi Orxan Faiq oğlu Nəzərli “2-ci dərəcəli dövlət vergi xidməti müşaviri” ali xüsusi rütbəsinə layiq görülüb.

Hafta.az Orxan Nəzərlinin tərcümeyi-halını təqdim edir:

1984-cü il dekabrın 5-də Ağdam şəhərində anadan olub.

2015-2016-cı illərdə təhsil nazirinin iqtisadi məsələlər üzrə müşaviri, 2016-2017-ci illərdə isə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifələrində calışıb.

2018-ci ildə vergilər nazirinin müşaviri vəzifəsinə təyin edilib. 2019-cu ildən etibarən, həmçinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini icra edib.

Prezidentinin 13 may 2020-ci il tarixli sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib və Dövlət Vergi Xidmətinin rəisi təyin olunana qədər həmin vəzifənin icrası ona həvalə edilib.

Prezidentin 6 may 2021-ci il tarixli sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Ailəlidir, 3 övladı var. yenisabah