Prezidentin strateji baxışları sayəsində Cənubi Qafqaz Avropanın qapısına çevrildi - Elşad Mirbəşir

12:46 12.10.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Prezidenti bir neçə istiqamətdə  sözün əsl mənasında inqilabi dəyişikliklərə nail oldu”.

Hafta.az xəbər verir ki, bunu deputat Elşad Mirbəşir Milli Məclisin bugünkü iclasında Prezident İlham Əliyevin fəaliyyətinin 20 illiyi ilə bağlı bildirib:

“Vaxtilə Bjezinski Cənubi Qafqazı Orta Asiyanın qapısı adlandırmışdır. Bu kontekstdə Azərbaycanın yerini və rolunu önə çəkirdi. Azərbaycan Prezidentinin strateji baxışları və müdrik yanaşması sayəsində Cənubi Qafqaz həm də Avropanın qapısına çevrildi. Bu gün Avropanın enerji təhlükəsizliyi və istehlak bazarı müvafiq olaraq, Cənubi Qafqazda həyata keçirilən olduqca mühüm enerji və nəqliyyat layihələrindən birbaşa asılıdır. Bu layihələrin reallaşdırılması məhz Azərbaycan dövlətinin təşəbbüsləri və iradəsi sayəsində mümkün oldu və həqiqətən inqilabi dəyişiklik idi. Digər mühüm məqam isə ondan ibarətdir ki, cənab İlham Əliyev ilk dəfə separatizm ocağını söndürməyi bacardı. Nəzərə almaq lazımdır ki, XX əsr boyunca və XXI əsrin əvvəllərində dünyada 53 separatizm ocağı yaranmışdır. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin sayəsində dünyada separatizm ocaqlarının sayı əlli birə enib”.

Siyasət rubrikasından digər xəbərlər