Yazını böyüt
Yazını kiçilt
Rusiya prezidenti Vladimir Putinin 1990-cı illərin əvvəlində Sankt Peterburq Bələdiyyəsinin sədr müavini postundan istefa verəndən sonra bir müddət taksi şoferi kimi çalışıb, ailəsini dolandırdığını deməsindən sonra, bəzi ölkələrin liderlərinin əvvəllər hansı peşədə çalışmasına dair maraq artmaqdadır.
Hafta.az "Komsomolskaya Pravda"ya istinadən yazır ki, məsələn, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev əvvəllər metallurgiya zavodunda fəhlə işləyib. Belarus lideri Aleksandr Lukaşenko isə kəndlərdən birində savxoz direktoru olub. Ukrayna prezidenti Vladimir Zelenskinin peşəsini isə bilməyən yoxdur - o, aktyordur, daha doğrusu komediya ustası.
Xeyli zəhmli və zarafatları heç sevməyən Türkmənistan prezidenti Qurbanqulu Berdımuhamədovun əsl sənəti isə stamotoloq-həkimdir.
Bu harasıdır, Almaniyanın dünyaşöhrətli keçmiş kansleri Angela Merkel iş fəaliyyətinə böyürtkən satmaqla başlayıb. ABŞ-ın keçmiş prezidenti Donald Trampın ilk işi isə atasının şirkətində əmlak məsələlərinə baxmaq olub. Trampın sələfi olan Barak Obama da cavanlığında bir müddət hədiyyəlik əşya və sendviç satmaqla pul qazanarmış.
Bu gün dünyada lider olaraq tanınan Rəcəb Tayyib Ərdoğan gəncliyində İstanbulda limonat və bulka satıb. Suriyanın diqtator prezidenti Bəşər Əsəd isə göz həkimi işləyirmiş.
İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoninin ilk məsləyi fotoqraflıq olub. Boliviya prezidenti Eva Morales isə koka plantasiyalarında çalışırmış. Hindistanın Baş naziri Narendra Modi doğulub-böyüdüyü Vadnaqar şəhərinin dəmir yol stansiyasındakı çayxanada çalışıb. Pakistanın Baş naziri İmran Xan isə idmançı - kreket oyunçusu olub.