Rusiya elitası arasında belə bir fikir var ki, Kreml onları qorumayacaq. Hafta.az Bloomberg-ə istinadla bildirir ki, “Vaqner” silahlı qruplaşmasının rəhbəri Yevgeni Priqojinin “Stalin repressiyaları” haqda bəyanatları rus elitasını qorxuya salıb. Rusiya rəsmiləri və iş adamları total həbslərdən qorxurlar.
İndi Kreml rəsmiləri Ukraynanın işğalını “xalq müharibəsi” adlandıran, İosif Stalinin İkinci Dünya Müharibəsi ritorikasını dinləyən bəzi insayderlər hətta sovet diktatorunun hakimiyyəti dövründə olduğu kimi təmizliklərdən və özbaşına həbslərdən qorxduqlarını deyirlər.
İş adamları səfərbərliyin başa çatması ilə bağlı bəyanatlar fonunda iqtisadiyyatın və cəmiyyətin hərbiləşdirilməsindən narahatdırlar. Həmçinin, çoxları hesab edir ki, Ukraynada başlayan müharibə fəlakətli səhv idi və buna görə də ölkə təcrid vəziyyətinə düşür.
“Putinin aşpazı” RT təbliğat telekanalına müsahibəsində müharibəyə məhəl qoymayan zəngin ruslara qarşı repressiyalardan istifadə edilməli olduğunu bildirib.
Priqojinin cavabında deyilir: "Bu insanların biznesmen kimi "tam" məhv edilməsinin "rıçaqları və mexanizmləri işə salınmalıdır. Onlara münasibətdə təcili olaraq Stalin repressiyalarına ehtiyac var".