Probasiya 10 mindən artıq məhkuma tətbiq OLUNACAQ

16:30 22.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Amnistiya aktı Probasiya ilə bağlı 10 mindən artıq şəxsə tətbiq olunacaq.

Hafta.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Probasiya Xidmətinin rəisi Vüqar Ağayev deyib.

O bildirib ki, onların 7 min nəfəri azadlığın məhdudlaşdırılması cəzaları ilə bağlı, digər 3 mini isə digər cərimə, islah işləri və s. məhkum olunmuş şəxsləri əhatə edir:

"Amnistiya aktı 4 ay ərzində icra olunacaq. Biz gecə-gündüz çalışaraq aktın vaxtında icrasını təmin edəcəyik".