Psixoloqlar cütlüklər arasında mübahisələrdə gərginliyi azalda bilən 5 saniyə qaydasını müəyyən ediblər.
Hafta.az-ın “News-Medical”a istinadən yazdığına görə, Şotlandiyada St Endryus Universitetinin psixoloqları tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, mübahisə zamanı 5 saniyəlik fasilə vermək gərginliyin artmasının qarşısını alır.
“Communications Psychology” jurnalında dərc edilən araşdırmada 104 cütlüyün aqressivlik səviyyələri akademiklər tərəfindən hazırlanmış rəqabət oyunu ilə araşdırılıb. Oyunda iştirakçılar istədikləri həcmdə partnyorlarına narahatedici səs göndərə bilərdilər. 30 raunddan ibarət olan oyunda cütlüklərin mübahisə etməyə başladığı müxtəlif vaxtlarda 5-15 saniyəlik fasilələr verilirdi.
İştirakçıların emosional reaksiyaları qabaqcıl süni intellekt texnologiyaları, həmçinin mikrofonlar və 360 dərəcə bucaqlı kameralar vasitəsilə təhlil edilib.
Tədqiqatçılar oyun zamanı cütlərin aqressivlik səviyyələrinin getdikcə artdığını və bir-birlərinə yaxınlaşdıqlarını müşahidə ediblər. Lakin müəyyən edilib ki, 5 saniyəlik fasilələr bu sxemi pozub və qarşılıqlı aqressivliyin səviyyəsini aşağı salıb.
PhD tələbəsi Annah MakKurri, Dr. Robert May və professor David Donaldsonun nəzarəti altında həyata keçirilir.
"Bu, cütlərin eskalasiya riskini daşıyan adi mübahisələri idarə etməkdən ibarətdir" deyib MakKurri və əlavə edib ki, test aşağı səviyyəli münaqişələr üçün etibarlıdır və fasilələr mübahisənin intensivliyinin artmasının qarşısını alır.
Belə bir eksperimentin ilk dəfə edildiyinə diqqət çəkən alim davam edir: "Cütlükləri 5 saniyəlik fasilə verməyə məcbur etmək 10 və ya 15 saniyəlik fasilə qədər təsirli idi. Bu, ən qısa fasilələrin belə kömək edə biləcəyini göstərir. Mübahisəni sakitləşdirmək üçün metodun gündəlik işlərdə tətbiqi sadədir. Bu, cütlük terapiyasından daha ucuzdur".