Pul olan çantanı oğurlayan qadın tutuldu

15:39 22.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə bir qadına məxsus içərisində 400 manat pul və şəxsiyyət vəsiqəsi olan çantanın oğurlanması barədə məlumat daxil olub.

Bu barədə hafta.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində çantanı oğurlamaqda şübhəli bilinən paytaxt sakini G.Talıbova saxlanılıb.

Araşdırma aparılır.